Xalq artisti Brilliant Dadaşova dinləyicilərinə söz verdiyi yeni mahnısını təqdim etdi. ANS PRESS-in məlumatına görə, Dadaşovanın yeni mövsümünsezonun xiti olacaq yeni mahnısı “Paris –
London” adlanır. Sözləri Brilliant Dadaşovaya, musiqisi Cavid Cavadoğluna məxsus mahnı məhəbbət mövzusundadı. Yeni trackda Brilliant dünyanı gəzən sevgilisini hədələyib. Paris və Londonu dağıdacağından oxuyur.
Müğənninin prodüseri Hüseyn Cavadzadə ANS PRESS-ə açıqlamasında mahnı haqqında bunları bildirib: “Əslində mahnının yeni ildən sonra videokliplə təqdim olunması düşünülmüşdür. Hətta bir neçə gün ərzində rəqs qrupu mahnıya rəqs qurmaqla məşğul idi. Amma bizim üçün də gözlənilmədən qeyri-müəyyən yollarla musiqinin saytların birində cıxması planlarımızı dəyişdi. Ona görə də “Paris London”-un ən son keyfiyyətli versiyasını dinləyicilərə təqdim edirik.”
http://youtu.be/sHMhp4QWTlU