“Türkvizion 2013” mahnı yarışmasının yarımfinal mərhələsi başa çatıb. 

Axşam.az-ın məlumatına görə, türkdilli ölkələrin ifaçılarının qatıldığı müsabiqədə ölkəmizi Fərid Həsənov təmsil edir. Əskişəhirdə baş tutan yarışmanın münsifləri arasında bəstəkar Gövhər Həsənzadə və şair Baba Vəziroğlu da yer alıb. Fərid Həsənovun səhnə çalışmaları üzərində isə müğənni Samir Cavadzadə çalışıb. 

Ötən gün baş tutan ilk mərhələni uğurla başa vuran Fərid finala vəsiqə qazanıb. Sənətçi sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus olan “Yaşa” mahnısını ifa edib. Fəridlə yanaşı, Qazaxıstan, Ukrayna, Tatarıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrin iştirakçıları da finalda mübarizə aparacaq. 

Müsabiqənin finalı bu gün baş tutacaq. Yarışmanın yayım hüququ ATV telekanalına məxsusdur.