Ərdoğan Bayraqdar keçən il Milli Məclisdə dediyi “korrupsiya ilə əlaqədar haqqımızda dava varsa, istefa verməyən şərəfsizdir” sözləri sosial şəbəkələrdə ən çox paylaşılan videolardan olub. “Axar.az” xəbər verir ki, “tvitter” Bayraqdarın 12 dekabr 2012-ci ildə dediyi sözlərlə çalxalanır. Ətraf Mühit və Şəhərsalma naziri Ərdoğan nazirin “TOKİ-də ( Mənzil İstismar Sahəsi) korrpusiyaya yol verilib” sözlərinə verdiyi cavab Ərdoğanın oğlunun rüşvətxorluğa görə həbs olunmasından sonra sosial şəbəkədə böyük əks-səda yaradıb. İstefa verməyən şərəfsizdir Nazir Bayraqdar 12 dekabr 2012-ci ildəki iddialara “korrupsiya ilə əlaqədar haqqımızda dava varsa, istefa verməyən şərəfsizdir” cümləsini işlətmişdi. “Tvitter” istifadəçiləri bu videodan sonra Bayraqdara ağır sözlər sərf edərək, istefaya dəvət edib.