Xəbər verdiyimiz kimi, dekabrın 23-ü “JW Marriott Absheron Hotel”də V “The First 2013” mükafatlandırma mərasimi baş tutacaq.

Gecəyə Türkiyədən tanınmış sənətçilər, aktyorlar qatılacaq. Saat 18:00-da başlayacaq mərasimdə bir çox sürpriz məqamlar yaşanacaq. Tədbirdə Türkiyənin məşhur “Kaybolan yıllar” serialının baş rol ifaçısı Saruhan Hunel iştirak edəcək. Mükafatlandırma mərasiminin sürpriz qonaqları sırasında “O Səs Türkiyə”nin finalçılarından olan və “Üsyan” mahnısı ilə sevilən Ayda Mooşarraf və müğənni Aslı Hünel özəl olaraq sevilən mahnılarını səsləndirəcək. Bununla yanaşı, əməkdar artist Tünzalə Ağayeva yarım saatlıq konsert proqramı ilə çıxış edəcək. Müğənni Murad Sadıx və bir çox tanınmış simalar öz musiqi töhfələri ilə xoş dəqiqələr yaşadacaqlar. Biletlərin qiyməti 20 AZN-dir. Mərasimdə iştirak etmək üçün (050) 358 77 55 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Qeyd edək ki, ötən illərdə keçirilən “The First” mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazıt Öztürk, aktyor Erkan Petekkaya, aktrisa Serenay Sarıkaya, müğənni Soner Sarıkabadayı, Selami Şahin və digər məşhur ulduzlar gəlmişdi

axsama.az