ABŞ-ın Federal Təhqiqatlar Mərkəzi (FBİ) Fətullah Gülənlə bağlantısı olduğu iddia edilən məktəblərə basqın təşkil edib.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, yerli mətbuatda yer alan xəbərlərə görə FBİ agentləri Luiziana ştatında yerləşən məktəbdə axtarış apararaq bəzi sənədləri müsadirə edib. Axtarışlar Texas ştatıdakı bir məktəbdə də həyata keçirilib. FBİ əməliyyatın səbəbini açıqlamasa da, mətbuatda yer alan xəbərlərə görə səbəb, məktəbdə işləyənlərin maaşlarının bir qismi Gülənin hərəkatının hesabına yatırılmasdır. 

ABŞ-in bir çox ştatında dövləttən fond alan  məktəblərin Gülənin hərəkətı ilə bağlantısı olduğu bu günə qədər təsdiqlənməyib. 

Yerli mətbuat FBİ-nin hələ  2011-ci ildə sözügedən məktəblərdə işləyənlərin maaşlarının bir hissəsinin Gülən hərəkatına verilməsi səbəbi ilə tahqiqat başlatdığını yazırdı.