Ukraynada fəaliyyət göstərən seqodnya.u.a. saytı Müsavat başqanı İsa Qəmbərdən götürdüyü müsahibəni yayıb və İsa Qəmbəri “Azərbaycan müxalifətinin lideri”, sabiq parlament sədri və prezident səlahiyyətlərinin icraçısı kimi təqdim edib.
Saytın reportyorunun suallarına cavab verən İsa Qəmbər bildirib ki, onun Kiyevə gəlməkdə məqsədi hələ müstəqillik uğrunda mübarizə dövründən tanıdığı müxalifətçi dostlarına dəstək verməkdir.
İsa Qəmbər bildirib ki, o və Azərbaycan müxalifətinin böyük bir kəsimi Ukrayna xalqının uğurlarına maraqlıdırlar və hər iki ölkənin – Ukrayna və Azərbaycanın həm Gömrük İttifaqına, həm də Avrasiya İttifaqına qoşulmaqla 10-15 il geri düşəcəyini bilirlər.
Müsahibənin tam şəkildə aşağıdakı bağlantıdan oxumaq olar:
musavat.com