Rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı türk mətbuatının gündəmindən düşmür

Məşhur türk müğənnisi Ebru Gündəşin azərbaycanlı həyat yoldaşı Rza Zərrab dünən rüşfət və korrupsiya ittihamı ilə həbs edilib. 

Qeyd edək ki, Rza Zərrab türk mətbuatının gündəminə 5 il bundan əvvəl şou-biznes adamı kimi gəlib. Müğənni Günellə qalmaqallı ayrılığından sonra adı Ebru Gündəşlə eşq məcarasında hallanan Zərrab artıq tez-tez KİV-də görünməyə başlayıb. Daha sonra Ebru Gündəşlə ailə həyatı quran Zərrabın adı ilk dəfə 2011-ci ildə qaçaqmalçılıq üzrə açılmış cinayət işində hallandı. Dərhal açıqlama verən Zərrab ittihamların əsassız olduğunu və heç bir cinayətdə iştirakçı olmadığını bildirdi. 

Bununla yanaşı, Zərrab tez-tez həyat yoldaşına aldığı bahalı hədiyyələrlə də gündəmə gəlirdi. Bu xəbərlərə səbr edə bilməyən Ebru Gündəş açıqlama vermək məcburiyyətində qalıb. “Rza da, mən də yetgin insanlarıq. Hər ikimiz işləyirik. Bu cür xəbərləri anlaya bilmirəm. Əgər Rzanın mənə son hədiyyəsini öyrənmək istəyirsinizsə, indidən deyim. Bəli, Rza mənə indi də Marası alacaq. Başqa sözünüz var?”,- deyə Ebru Gündəş jurnalistlərə açıqlamasında deyib. 

Qeyd edək ki, Rza Zərrab bir sıra türk müğənnilərinə, o cümlədən Ebru Gündəşə də şeir yazıb. Həmin şeiri sizə təqdim edirik. 


 Sadece Sevdim:

Olmaz sana

kalpten sitemim

Her ne dersem dilimden

Eğer seni incitirse bu kalp

İnan sökerim yerinden.

Anlamıyorsun

gönül derdinden

Neler çektim elinden

Kaç kere kırdın

kaç kere üzdün

Beni perişan ettin sen

Yine de ah etmedim,

yine de ah etmedim.

Sadece sevdim,

sadece sevdim ben.