Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın cümə günü 2014-cü il büdcə müzakirələrinin sona çatmasının ardından etməsi gözlənilən təftişin əhatəsinin genişlənəcəyi, əməliyyatlarda adı çəkilən nazirlərin də təftiş dairəsinə düşdüyü iddia edilir.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasına bomba kimi düşən nazir uşaqlarını da əhatə edən “rüşvət əməliyyatı”, yerli seçkilərdə namizəd göstərilən nazirlər üçün ediləcək kabinet təftişinin əhəmiyyətini artırıb. Kabinet təftişinin genişləndiyi və üç nazirin də “gedəcəklər” siyahısına alındığı iddia edilir. Dəhlizlərdəki iddialara görə, vəzifədən alınacaq və kabinet daxili sürüşdürmələrlə birlikdə 10 nazir dəyişəcək. Digər bir xəbərə görə, Ərdoğanın dekabrın 26-da Çankaya Köşkündəki adi həftəlik görüşməsinin ardından ayın 27-də həyata keçirməyi planlaşdırdığı kabinet təftişi bir həftə önə çəkiləcək. .
Kabinet təftişində yerli seçkilərdə Hatayda namizəd göstərilən ədliyyə naziri Sadullah Yetkinin yerinə baş nazir köməkçisi Bəkir Bozdağ və ya ümumi başçı köməkçisi Mustafa Şentopun, nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Binalı İldırımın yerinə milli müdafiə naziri İsmət Yılmazın, Qaziantəp üçün namizəd göstərilən ailə və sosial siyasət naziri Fatma Şahinin yerinə Fəzilət Dağçı Qışqırıq və ya Xalidə İncekaranın adı keçir. Boş qalacaq milli müdafiə nazirliyinin yanında son əməliyyatlarda oğulları nəzarətə alınan iqtisadiyyat naziri Zəfər Çağlayan, ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktar, daxili işlər naziri Müammar Gülərin yerinə isə Mahir Ünal, Nurəddin Canikli, Haluk İpək və Əhməd Aslanın adı gündəmə gəlir.