“O səs Türkiyə” yarışmasının əslən azərbaycanlı iştirakçısı Tuğçe Gendigələn müsabiqəni tərk edib.
Dueldə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olan “Euphoria” mahnısını səsləndirib.
Mahnının sözlərini tamamilə təhrif edən Tuğçe bu hərəkəti ilə münsif kürsüsündə əyləşən Hadisəni çox təəccübləndirib. İştirakçı komandasına daxil olduğu Ebru Gündəşdən də müsbət rəy ala bilməyib. Ebru isə Tuğçenin təkidlə bu mahnını oxumaq istədiyini qeyd edib və seçimin ona məxsus olmadığını deyib. Beləliklə, əslən azərbaycanlı olan Tuğçe dueldə qarşılaşdığı Əlvan Özyurtluya məğlub olaraq yarışmanı tərk edib.
Xatırladaq ki, bundan əvvəlki mərhələdə Gendigələn qalib gələrək azərbaycanlı Sevil və Sevinc əkizlərini mübarizədən kənarlaşdırmışdı.
http://youtu.be/DhbY-NPSImI