Hərbi helikopterin göyərtəsində olan 4 pilot-əsgər həlak olub
Hadisə Türkiyə ordusuna məxsus hərbi helikopter paytaxt Ankara yaxınlığında qəzaya uğrayıb. ANS PRESS-in “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, göyərtədə olan 4 pilot-əsgər həlak olub.
Hərbi helikopterin təlim uçuşu zamanı yüksək gərginlikli naqillərə ilişərək Ankara yaxınlığındakı Gölbaşı ərazisində yerə düşdüyü bildirilir. Hadisə yerindən çəkilən kadrlarda helikopterin bir neçə yerə parçalandığını görmək mümkündür.