Yeni illə əlaqədar paytaxtda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunacaq. Yarmarkalarda məqsəd bayram günlərində əlaqədar əhalinin bir sıra ərzaq mallarına artan tələbatını ödəmək, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır. 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a yarmarkalaraın keçiriləcək yerlərin adlarını da açıqlayıb. 

Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunacaq yarmarkalar bu ünvanlarda olacaq. 

Binəqədi rayonu – Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti;

Xətai rayonu – Bakı kinoteatrının yanı;

 Nərimanov rayonu – Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi; Nəsimi rayonu – “Təzə bazar”ın ərazisi;

Səbail rayonu – Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı; Suraxanı rayonu – Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2; – Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;

Yasamal rayonu – Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

Yarmarkalar dekabrın 28-dən 31-dək fəaliyət göstərəcək.