Facebook istifadəçilərindən birinin uğursuz zarafatı sosial şəbəkələrdə geniş yayılıb. Məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov intihar edib.
Minval.az saytı məlumatı dəqiqləşdirməyə çalışıb. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən sayta bu barədə informasiyaları israrla təkzib ediblər.
Qeyd edək ki, son bir il ərzində KİV-də Hacıbala Abutalıbovun işdən çıxarılması barədə iki dəfə əsassız məlumatlar yayılıb.