UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Son turda 8 qarşılaşma baş tutub.
E qrupunun lideri “Çelsi” öz meydanında “Styaua”nı sınağa çəkib və 1:0 hesabı ilə qalib gəlib. Digər oyunda “Bazel” səfərdə “Şelke”nin qonağı olub və rəqibinə uduzub – 0:2.
F qrupunda “Marsel” doğma meydanda Dortmund “Borussiya”sı ilə münasibətlərinə aydınlıq gətirib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda “Arsenal” səfərdə “Napoli”nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
G qrupunun lideri “Atletiko” Madriddə “Porto”ya qalib gəlib – 2:0. Digər oyunda “Zenit” Avstriyanın eyni adlı komandasının qonağı olub və rəqibinə böyük hesabla uduzub – 1:4.
H qrupunda “Milan” doğma meydanda “Ayaks”ın müqavimətini qırmağa çalışıb. Oyunda hesab açılmayıb. “Barselona” öz meydanında “Seltik”i qəbul edib və darmadağınla qalib gəlib – 6:1.
Növbəti mərhələyə ən çox alman klubları vəsiqə qazanıb. Bundesliqadan Çempionlar Liqasına vəsiqə qazanan 4 komandanın hamısı 1/8 finala çıxıb. İngiltərə və İspaniyanın 3, İtaliyanın 2, Fransa, Rusiya, Yunanıstan və Türkiyənin 1 klubu mərhələ adlayıb.
Daha 8 komanda Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə əldə edib.
Çempionlar Liqası, 1/8 final
Qrup qalibləri: “Mançester Yunayted” (İngiltərə), “Real” (İspaniya), PSJ (Fransa), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Arsenal” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Atletiko” (İspaniya), “Barselona” (İspaniya).
Qrup ikinciləri: “Bayer” (Almaniya), “Qalatasaray” (Türkiyə), “Olimpiakos” (Yunanıstan), “Mançester Siti” (İngiltərə), “Şalke 04” (Almaniya), “Zenit” (Rusiya), “Milan” (İtaliya).
Avropa Liqası, 1/16 final
“Şaxtyor” (Ukrayna), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), “Viktoriya” (Çexiya), “Bazel” (İsveçrə), “Napoli” (İtaliya), “Portu” (Portuqaliya), “Ayaks” (Hollandiya).