Məşhur italyan ulduzu Ornella Muti Bakıya gələcək.

Axşam.az-ın “1news.az”a istinadən verdiyi məlumata görə, aktrisa “San Remo ulduzları” adlı konsertin aparıcısı olacaq. 

Dekabrın 18-də “Crystal Hall”da baş tutacaq gecə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq. 

Konsertdə San-Remo festivalının iştirakçıları – məşhur müğənnilər Toto Kutunyo, Albano, “Rikki e poveri”, Rikardo Foli, Umberto Tosi, Toni Espozito, Matia Bazar, Fiordaliso və İvana Spanya çıxış edəcək. 

Ornella Muti ilə yanaşı aparıcı qismində Tural Əsədov da səhnəyə çıxacaq.