Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının Vilnüsdə keçirilən III zirvə toplantısında iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan çıxış zamanı Qarabağdan danışıb.
Sərkisyan çıxışında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan müzakirələrdən də bəhs edib.
Serj Sərkisyan bir neçə gün əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada iki illik fasilədən sonra Ermənistan və Azərbaycan prezidentlərinin görüşdüyünü qeyd edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı müzakirələrin nəticəsindən danışmaq hələ tez olsa da, görüşün özü pozitiv xarakterli olub:
“Fikrimcə, qeyd etmək vacibdir ki, danışıqların uğurlu gedişi bizim xalqları sülhə necə hazırlamağımızdan, neqativ ritorikadan nə qədər imtina etməyimizdən və cəbhə xəttindəki gərginliyi azaltmağımızdan asılıdır. Ermənistan və Dağlıq Qarabağ bəyanatları və hərəkətləri ilə situasiyanın gərginləşdirilməsinə imkan vermək istəmir və demokratiyaya, söz azadlığına əsaslanaraq qəti addımlarla irəli getmək yolunu tutub”.