Aktyor Çeninq Tatum maraqlı addım atıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, bir müddət öncə reklam çəkilişi üçün kamera qarşısına keçən Jan-Klod Van Dammı təqlid edib.
Van Damm çarxda “Volvo”nun iki yük maşınının güzgüsü üzərində dayanır. Daha sonra avtomobillər arxa istiqamətdə hərəkətə başlayır və getdikcə bir-birindən aralanır. Bu zaman 53 yaşlı Van Damm “şpaqat” fəndini yerinə yetirir. Bu, sosial şəbəkələrdə də böyük səs-küy doğurub. Aktyorun hərəkətini gülüş obketyinə çevirən Çeninq Tatum onu bu şəkildə parodiya edib. Videonu təqdim edirik: