Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasında seçim turları başa çatıb. 

Axşam.az xəbər verir ki, dünən müsabiqəyə erməni əsilli iştirakçı qatılıb. Corc Şəkər adlı ifaçı “Səssiz gəmi” mahnısını səsləndirib. Münsiflər heyətinin 3 üzvü – Ebru Gündəş, Gökhan Özoğuz və Murat Boz Corcun ifasını bəyənib. O isə seçimini Ebru Gündəşdən yana edib. Mahnını oxuduqdan sonra əslən erməni olduğunu bildirən Corc Şeker sevincini “Facebook” səhifəsində də bölüşüb. Yarışma üzvünün erməni və türk izləyiciləri onu təbrik edib.

Xatırladaq ki, Ebru Gündəşin komandasında həmçinin azərbaycanlı Sevil-Sevinc bacıları və Tugce Gendigelen də var.

 

http://youtu.be/DniO-PoSznU