İki şirkət tərəfindən internetdə olan təxminən 100 min uşaq istismarı məzmunlu fotoşəkilə giriş əngəllənib
Dünya “Google” ilə “Microsoft” uşaq istismarı məzmunlu fotoşəkilləri məhdudlaşdırmaq üçün razılığa gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, internetdə olan təxminən 100 min uşaq istismarı məzmunlu fotoşəkilə giriş əngəllənib.
“Google” və “Microsoft” uşaq istismarı məzmunlu fotoşəkil axtaranları isə səhifələrində xəbərdar edərək, uşaq pornosu və istismarının qeyri-qanuni olduğu xəbərdarlığı edib.
İngiltərə Baş naziri Devid Kameron, iki şirkəti bu razılaşmaya görə təbrik edib. Kameron, razılaşmanın əhatəsinin genişləndirilməsini də tələb edib.
Qeyd edək ki, İngiltərə Baş naziri Devid Kameron iyun ayında “Google” ilə “Microsoft”un axtarış mühərriki “Bing”ə müraciət edərək uşaq istismarına qarşı tədbir almalarını istəmişdi.