Cənubi Koreyanın Türkiyə səfirliyinin attaşesi: “Atatürk hər zaman buradadır”
Həyat tərzi Cənubi Koreyanın Türkiyə səfirliyinin attaşesi polkovnik Joosseong Xan Mustafa Kamal Atatürkə olan sayğısını orjinal bir yolla mümayiş etditrib. ANS PRESS “Milliyyət” qəzetinə istinadla xəbər verir ki, Cənubi Koreyalı hərbçi Hatayın İskenderun Mahalında Koreyaya gedən türk əsgərlərinin şərəfinə ucaldılmış şəhidliyi ziyarət edən zaman jurnalistlərin suallarını cavanlandırıb.
“10 noyabr Türkiyədə nə günüdür” sualına Joosseong Xan formasının düymələrini açaraq Atatürkün şəkli üstündə olan qalstukunu göstərib:
“Atatürk hər zaman buradadır”. Onun bu sözləri Koreya səfirliyinin əməkdaşları tərəfindən alqışla qarşılanıb.
“Televiziyada seyr edirdim. Bu günun Türkiyədə necə qeyd edildiyini yaxşı bilirəm. 10 Noyabrda mən, həyat yoldaşım və qızımla birlikdə Atatürkə sayğı duruşu etdik”. – deyə koreyalı hərbçi bildirib.