Dekabrın 19-da Nizami Kino Mərkəzində Türkiyənin məşhur müğənnisi Özcan Denizin yeni “Su və Ateş” filmi nümayiş olunacaq. Press24.az-ın Mərkəzin mətbuat xidmətindən əldə etdiyi xəbərə görə, təqdimat mərasimində filmin rejissoru və ssenari müəllifi Özcan Deniz özü də iştirak edəcək.
Filmdə baş rollarda Özcan Deniz, Yasemin Allen və Açelya Elmas şəkiliblər.
Sözügedən ekran əsərinin Türkiyədəki təqdimat mərasimi isə noyabrın 15-də keçiriləcək.
http://youtu.be/9O45qbbrfmg