Qəbrin ətrafına düzülən xüsusi qablarda Azərbaycandan və Şimali Kipr Türk Respublikasından göndərilən torpaqların da olduğu bildirilir
Region Mustafa Kamal Atatürkün qəbrinin videosu yayımlandı. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Baş qərargahı “Anıtkabir”dəki otağının görüntülənməsinə icazə verib.
Ziyarətçilərə qadağan olan və “Yasak Otaq” olaraq bilinən otaqda Atatürk torpağa verilib. Görüntülərdən də göründüyü kimi, məzar otağın ortasında qiblə istiqamətində dəfn olunub. Qırmızı mərmər məzar ətrafında 81 vilayətdən gətirilən və torpaqla dolu qablar düzülüb. Xüsusi qablarda Azərbaycandan və Şimali Kipr Türk Respublikasından göndərilən torpaqların da olduğu bildirilir.