NATO-nun ekspert qrupu Azərbaycana səfər edəcək.
Bu barədə “Trend”-ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Tərəfdaşlıq Təlim və Təhsil mərkəzinin yaradılması və onun NATO tərəfindən tanınması məqsədilə noyabrın 18-də NATO ekspert qrupu Azərbaycana səfəri başlayır.
Noyabrın 22-ə kimi davam edəcək səfərdə NATO ekspertləri Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər müzakirə ediləcək.