Azərbaycan prezidenti İstanbulda Marmaray projesinin, Ankarada Heydər Əliyev parkının açılışına qatılacaq
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə planlaşdırılan səfəri başlayr.
Dövlət başçısının sabah bu ölkəyə səfər edəcəyi gözlənilir. Bu, Əliyevin növbəti müddətə prezident seçildkdən sonra ilk xarici səfəridir. Səfər zamanı iki ölkə arasında iqtisadi-siyasi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair danışıqlar aparacaq.
Həmçinin Azərbaycan prezidentinin İstanbulda Marmaray sürətli dəmiryolu layihəsinin, Ankarada isə Heydər Əliyev parkının açılış mərasiminə qatılmaı gözlənilir. Türkiyə KV-lərinin məlumatına görə ölkənin nəqliyyat naziri Binali Yıldırım deyib ki, Marmaray xəttinin açılışına iki gün qalır. Açılış mərasimində dünyanın bir çox ölkələrindən yüksək rütbəli qonaqlar, o cümlədən Yaponiyanın baş naziri Sindze Abe və Azərbaycan prezidenti İlham Əliyev iştirak edəcək. Sürətli dəmir yolu xəttini yapon şirkəti inşa edib, Türkiyədə Ankara ilə İstanbulu birləşdirəcək Marmaray xətti əsrin layihəsi adlandırılır.
Digər xəbərə görə Ankarada Atatürk meşə parkının ərazisində Azərbaycan hakimiyyətinin maliyyəsi ilə salınan Heydər Əliyev parkında da son tamamlama işləri gedir. Parkın təməli Azərbaycanın müstəqilliyinin 95-ci ildönümündə qoyulub. Ankara bələdiyyəsinin qərarına görə park boyunca uzanan küçəyə də Heydər Əliyevin adı verilib. Parkın açılışının İlham Əliyevin Türkiyəyə səfəri zamanı olacağı gözlənilir.
virtualaz.org