Poçt müdiri intihar edib. Hadisə Bərdə rayonunda baş verib.

Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, Mustafaağalı kənd sakini Nazir Behbud oğlu Seyidov dünən saat 14 radələrində özünü evinin həyətindəki yarımçıq tikilinin çardağından asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Prokurorluğun işi araşdıran müstəntiqi Famil Axundov bildirib ki, 1956-cı il təvəllüdlü N.Seyidov ağır xəstəlikdən əziyyət çəkib: “Faktla bağlı istintaq davam edir.

Yaxınlarının sözlərinə görə, N.Seyidov ağciyərin açıq vərəmi və hepatit C-dən əziyyət çəkirmiş. Bunu xəstəxanalardan verilən sənədlər də təsdiq edir. Hadisə yerinin və meyitin müayinəsi keçirilib. Meyit üzərində hər hansı zorakılıq əlamətləri yoxdur. Yeganə zədə boğazında olan kəndir izidir. Lakin son sözü istintaqın yekununda deyə bilərik. Faktın araşdırması davam edir”.