Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə fərdi jurnalist yazılarının müsabiqəsini elan edib.
Müsabiqədə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər.
Yazıların qəbulu 28 oktyabr 2013-cü il tarixində başlayır, 10 dekabr 2013-cü il tarixdə başa çatır (10 dekabr 2013 yazıları təqdim etmək üçün sonuncu tarixdir).
Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 15 həvəsləndirici mükafat müəyyən edilir. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.
İstiqamətlər üzrə 45 (nəfər) qalibin hər birinə 1000 manat, 15 yazı müəllifinə isə həvələndirici 300 manat məbləğində mükafatlar veriləcək, qaliblər Fondun xüsusi diplom və təşəkkürnamələri ilə təltif olunacaqlar.
Müsabqə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə ekçiriləcək: