Prezidentin 22 oktyabr tarixdə imzaladığı sərəncamla kənd təsərrüfatı naziri təyin olunmuş Heydər Əsədov Modern.az saytına qısa açıqlamasında bu təyinata münasibət bildirib. 

Hesablama Palatasının sabiq sədri, hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədov yeni işinə adaptasiya olunmağa hazırlaşdığını deyib.

“Hələ ki yeni işimə adaptasiya olunmalıyam. Qoy yeni işimə uyğunlaşım,  sonra təəssüratlarımı bildirəcəm. Hələ ki, heç bir söz demək istəmirəm”-deyə yeni nazir bildirib. 

Qeyd edək ki, yeni kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 23-də Kənd Təsərrüfatı Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.