Viktor Anikuşkin bildirib ki, Yeqor Şerbakovun qətlində ittiham olunaan müvəkkili ilə görüşünə hələ də icazə verməyiblər

Hadisə  Moskvanın Biryulevo rayonunda rusiyalı Yeqor Şerbakovun qətlində ittiham olunaraq barəsində iki ay müddətində həbs-qətimkanı tədbiri seçilən Orxan Zeynalovun vəkili apellyasiya ərizəsi verib. Orxan Zeynalovun vəkili Viktor Anikuşkin bildirib ki, hələ də müvəkkili ilə görüşünə icazə verməyiblər. 

V.Anikuşkin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Rusiya Federasiyanın baş prokuroru Yuri Çaykaya şikayət məktubu yazdığını da söyləyib. “Şikayət məktubu Orxan Zeynalov saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən ona qarşı göstərilən təzyiqlərlə bağlıdır. O, saxlanılan zaman təqsirsizlik prezumpsiyasının tələbləri ciddi şəkildə pozulub”.

Xatırladaq ki, bir neçə gün əvvəl Presnensk rayon məhkəməsi Zeynalovu dekabrın 10-dək həbs olunmasını qərar verib. Məhkəmə dinləməsi zamanı Orxan ittihamı rədd etsə də, Yeqar Şerbakovun rəfiqəsi onu tanıdığını və qətl yerində məhz Zeynalovun olduğunu bildirmişdi. 

 

 

 

http://youtu.be/wQpGnZmJMaI