Türkiyəli müğənni Hülya Avşar şəxsi həyatı haqqında danışıb.
Axşam.az-ın məlumatına görə, “Yeniden Gazino Geceleri” proqramının qonağı olan sənətçi 2014-cü ildə sevgilisi ola biləcəyini açıqlayıb:
“Bürclərə görə gələn il həyatımda biri ola bilər. Bu səbəbdən “Mənə ər lazımdır” mahnısının klipini tezliklə çəkməliyəm”.
Müğənni keçmiş həyat yoldaşı Kaya Çilingiroğlunun 2 il 8 ay həbs cəzasına məhkum edilmə ehtimalına da münasibət bildirib:
“Belə bir şey olsa hər birimizə pis təsir edər. O bizim ailəmizin hər şeyidir.”
Qeyd edək ki, Kaya Çilingiroğlu “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımı təhqir etdiyi üçün həbs edilə bilər.