Britaniyanın daha çox Mister Bin kimi tanınan komediya aktyoru Rouen Atkinsion İslamı qəbul edib.

Bu barədə bir sıra kütləvi informasiya vasitələri məlumat yayıb.

Gün.Az yazır ki, Tunisin Əl-Nəhda hakim partiyasının rəhbəri Rəşid Qannuşi bu şad xəbər münasibəti ilə aktyoru  təbrik edib.

Bu iki şəxsi bir-birinə köhnə dostluq münasibətləri bağlayır. Siyasətçinin sözlərinə görə, onlar o, Londonda olan zaman dəfələrlə görüşüblər. Qannuşi öz televiziya proqramında haqq yoluna gəlməyi münasibəti ilə aktyoru təbrik edib və onun imanını möhkəmləndirməsi üçün Allaha dua edib. 

Aktyor İslamı qəbul etməsinə səbəb olan amil kimi internetdə Məhəmməd peyğəmbəri (s.a.a.s) təhqir edən filmin yayılmasını göstərib. Mister Binin sözlərinə görə, məhz bu film onda İslamı öyrənməyə maraq oyadıb.