Türkiyənin tanınmış aktyoru Necat İşlərin səhhəti pisləşib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bədənində qırmızı ləkələr çıxmağa başlayan aktyorun qaraciyərinin sıradan çıxdığı məlum olub.
İddialara görə, yaşadığı Gümüşlükdə bütün gün içən Nejat İşler gündə yalnız iki saat yatır.
“Öləcəksən, özünə diqqət et” deyən yoldaşlarını dinləməyən və müalicə olunmağı rədd edən aktyor “Mən belə yaxşıyam. Mənə toxunmayın. Onsuz da yaşayacağım qədər yaşadım. Gənc ölüm, cəsədim yaraşıqlı qalsın” deyib
Aktyorun “İntiqam” serialından ayrılmasının səbəbinin də xəstəliyi olduğu bildirilir.