İlhamiyyə Rza
Pomenşe zehrimara…
Yadımdadır, deyəsən 93 cü il idi. Az Tv ilə Amerikanın bilmirəm hansı kanalı arasında müqavilə bağlanmışdı. Mügaviləyə əsasən, onlar bizim xəbər buraxılışlarımızı Azərbaycan dilində yayımlayacaqdılar. Qərar qəbul edildi ki, aparıcı mən olmalıyam. Hazırladıq. Çəkiliş zamanı məlum oldu ki, məni amrikanski kadrla çəkməıliymişlər. Yəni, iri planda və ağzım qulağımın dibində. Tam gülümsəyərək. Buraxılışın məzmununda isə gülməli bir şey yox idi. Demək, məni gülümsətmək üçün bir xeyli adam toplandı. Alınmırdı… Amma deyəsən alındırdıq. Güldürdülər və üzümdə təbəssüm sönməmiş “motor” dedilər. Bu bizim Amerikadakı soydaşlarımız üçün hazırladığımız son buraxılış oldu. Hakimiyyət , o cümlədən TV də də, dəyişəsi oldu. Və o soxhasoxda müqavilə yada düşmədi… Bunu ona görə xatırladım ki, vaxt var idi səbəbsüz gülümsəmək mənə həm çətin, həm də qəribə gəlirdi. Amma zamanla anladım ki, üzdə təbəssüm gəzdirmək ən azı bir mədəniyyət məsələsidir. Sənə baxanların könlünü açmaqdır, gözünü oxşamaqdır. O zamandan çalışıram ki, ətrafıma qarşı mədəni olum. Getdikcə bu, daha da çətinləşsə belə…Gülmək və gülmsəmək üçün səbəblər az olsa belə… Və bir xatırəm də var ki, 6 il öncə bir GHT tədbir keçirirdi, məni də dəvət etmişdilər. Tədbirin də mahiyyəti o idi ki, ktab hazırlanıb, “Role model women”, kitabın təqdimatıdır. Mən də hansı möcüzəyləsə, həmin örnək qadınların siyahısına düşmüşəm. Kitabda şəklim və haqqımda məlumat da var. Bir sözlə, xoş bir bəhanə, gözəl bir tədbir, ətrafımda isə məni efirdə özləmiş insanlar, sevgi və diqqət əhatəsində…Belə bir yerdə gülümsəməmək mümkünsüz… Təbii ki, üzümdə təbəssüm var. Tədbirin kulminasiya nöqtəsində, gözüm TV dən tanıdığım bir xanıma sataşdı, ssenaristdir o xanım. Salamlaşdıq və…verdiyi ilk suala baxın:”Niyə gülümsəyirsən?”. O anda neçə çaşdığımı sizə çatdıra bilmirəm, sanki oğurluq üstə tutuımuşdum… həm də səmimi etiraf edim ki, nə cavab verəcəyimi bilmirdim…Bildiyim bir şey vardı ki, üzümdə təbəssümün necə sönməyini fiziki olaraq hiss elədim…Anladım ki, belə düşünüənlər də var…Amma buna baxmayaraq glümsəməyi tərgitmədin. Qoy bəzən bu növbətçi bir təbəssümdür. Olsun. Amma üz gözündən zəhrimar yağmaqdan ki, yaxşıdır… Odur ki, “glümsəyin cənablar, dünyyanın ən sarsaq işləri ciddi üz ifadəsi ilə edilir”p.s. Bunu niyə yazdım? bayaq başımı, heç bilmirəm nə üçün, göyə qaldıdim və lap yaxında bir ulduz gördüm. Çox da parlaq idi. Mənə göz vurdu. Və mən də, ona ürəkdən glümsədim))))) Amma dərhal da qorxdum ki, indi mənə deyəcək: nə var, niyə gülürsən?
(bütün Mehribanlara)