“Biz razılaşdırdıq ki, iki ölkənin parlamentlərinin dostluq qrupları müştərək şəkildə məktub hazırlasınlar”

Azərbaycan  İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq. ANS PRESS-in verdiyi məlumata görə, bunu İran İslam Respublikası deputatı Cavad Cahangirzadə Bakıda keçirdiyi brifinqdə bildirib. 

Qonaq millət vəkili azərbaycanlı həmkarları ilə Xocalı şəhidləri və faciəsi ilə bağlı müzakirə aparıldığını bildirib: “Biz razılaşdırdıq ki, iki ölkənin parlamentlərinin dostluq qrupları müştərək şəkildə məktub hazırlasınlar və İran parlamentinə ünvanlasınlar. Bununla da İran parlamenti Xocalı şəhidləri haqda öz mövqeyini bildirsin. İran öz dövlətini və müstəqilliyini qorumaq üçün çoxlu şəhidlər verib. Azərbaycan xalqının dərdlərinə şərikik və bunu hiss edirik”.

Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi İran İslam Respublikasının həssaslıqla yanaşdığı bir məsələdir: “Rəsmi Tehran hesab edir ki, regional münaqişələrin həllində hər cür kənar müdaxilənin olması düzgün deyil”.