Respublikamızda səfərdə olan Giresun Universitetin rektoru prof.dr. Aygün Attarın başçılıq etdiyi nümayəndə heyəti “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB (ABAİ İB) rəhbərliyi ilə görüşmüşlər.
Publika.Az xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzində baş tutan görüşdə ABAİ İB sədri, millət vəkili dr. Qənirə Paşayeva Girəsun Universitetini qardaş ölkənin nüfuzlu elm-təhsil ocaqlarından biri kimi xarakterizə edərək, bu universitetə bir Azərbaycanlı xanım professorun rektorluq etməsini özəl olaraq vurğulayıb, bu faktdan dərin məmnunluq və qürur hissi keçirdiyini ifadə etdi.
İki qardaş ölkə arasında hərtərəfli əlaqələrin inkişafının, dərinləşdirilmiş əməkdaşlığın yalnız Azərbaycanla Türkiyənin deyil, bütün Türk Dünyasının maraqlarına uyğun gələn hadisə olduğunu diqqətə çatdıran xanım Paşayeva, xanım Attarın çalışmalarından söz açdı. Onun bir rektor, bir elm xadimi və eyni zamanda ata-anası Ağdam və Şuşadan olan Aygün xanım Attarın Azərbaycan həqiqətlərinin qardaş ölkədə elmi əsaslarla tanıdılması sahəsindəki çalışmalarını qeyd etdi. Millət vəkili Qənirə Paşayeva bildirdi ki, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, QHT- Əməkdaşlıq Alyansi və Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan tarixi, mədəniyyəti və gerçəklərinin tanıdılması və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına göstərdiyi xidmətlərinə görə Giresun Universitetinin rektoru Aygün Attara mükafat təqdim etməyi qərara alıb. Mükafatı Aygün Attara təqdim edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva bildirib ki, o, Aygün xanımın bundan sonra da bu istiqamətdə geniş fəaliyyət göstərəcəyinə inanır və belə tədbirlərimizi qısa zamanda birlik və bərabərlik içərisində Ermənistanın işğalından azad edəcəyimiz o gözəl torpaqlarımızda, Dağlıq Qarabağda, Xankəndində, Xocalıda, Şuşada və bütün digər o gözəl bölgələrimizdə qeyd edək. Mən inanıram ki, inşallah o gün uzaqda deyil”, – deyib.
Sonra Azərbaycan QHT – Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov, professor Rəna Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sərvaz Hüseyinoğlu və başqaları çıxış edərək, Giresun Universitetinin rektoru Aygün Attarın Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan tarixi, mədəniyyəti və gerçəklərinin tanıdılması istiqamətindəki xidmətlərindən, Türkiyə-Azərbaycan elmi-mədəni və ictimai münasibətlərində elm-təhsil ocaqlarının, habelə QHT-lərin yeri və rolu barədə fikirlərini bölüşdülər.
Qonaqlar adından çıxış edən Giresun Universitetinin rektoru professor Aygün Attar görüşdən məmnun olduğunu, ümumən Azərbaycana hər səfəri kimi bu səfərinin də onun üçün böyük önəm daşıdığını vurğuladı. – “Ancaq mən bu dəfə rektor olduğum universitetin böyük nümayəndə heyəti ilə gəlmişəm və hesab edirəm, heyəty üzvləri də Girəsuna zəngin təəssüratlarla dönəcəklər.
Biz burada faydalı görüşlər keçirdik, bugün də bizimçün çox faydalı keçdi. Ümidvarıq ki, gələcək yeni əməkdaşlıqların, eləcə də universitet – QHT əməkdaşlaığın yeni üfüqləri müəyyənləşdmiş oldu.
Biz nümayəndə heyəti adından, dəyərli dostumuz, millət vəkili Qənirə Paşayevaya Giresun Universitetinin adından plaket təqdim etmək istəyirəm.”
Qənirə Paşayeva da öz növbəsində, Aygün Attara və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə plaketlər və rəssam Sabir Çopurun neftlə çəkdiyi Azərbaycana aid rəsm tablolarını, Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materiallar hədiyyə edib.
Millət vəkili Qənirə Paşayevanın professor Aygün Attara ünvanladığı “İnşallah Qarabağı, Ağdamı azad edəcəyik, yeni universitetlər açacağıq və sizə də deyəcəyik ki, gəlib Ağdam Universitetinə rəhbərlik edə, qurasız” xoşməramlı arzusu görüş iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
musavat.com