Uzun müddətdir mətbuatdan kənar gəzən müğənni Natavan Həbibi onun qəlbini fəth edəcək oğlandan danışdı

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, sənətçi dərgilərin birində müsahibəsində sənət sevgisinin ailə qurmağına mane olmayacağını deyib:

“O insanın məni sevib, diqqət göstərməsi kifayət edər. Mənə qarşı olan hislərini hərəkətlərində göstərsin bəsdir.

Onun xanımı və bununla yanaşı, öz evimizin xanımı olmaq mənə zövq verə bilər. Amma düşünmürəm ki, məni seçən insan sevdiyim sənətlə məşğul olmağıma qadağa qoysun. Səhnə həyatımın böyük hissəsidir. Vaxtı gələndə özüm gedəcəm.”

Müğənni sevdiyi insanı hətta xəyanətə görə belə bağışlaya biləcəyini bildirib: “Sevgi mənim üçün başqa varlıqdır. Əsas odur ki, qarşılıqlı olsun. Səhvlər hər kəsdə var, bağışlamaq lazımdır”.