ABŞ Rusiyanın Suriya kimyəvi silah arsenalını beynəlxalq nəzarət altına almaq təklifinə şübhə ilə yanaşır
ABŞ Rusiyanın Suriya kimyəvi silah arsenalını beynəlxalq nəzarət altına almaq təklifinə şübhə ilə yanaşır. Bu barədə ANS PRESS Rusiya mətbuatına istinadən məlumat verir.
Rusiyanın Suriya kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi haqqında təklifinə baxmayaraq Ağ ev əvvəlki kimi Suriyaya əməliyyatın bəyənilməsi haqqında konqresdən icazə almaqda israr edir. Bu barədə Ağ Evin sözçüsü Cey Karni jurnalistlərə məlumat verib.
“Rusiya ilə müzakirələrə qarışsaq da, konqreslə işləri davam etdirəcəyik”, – deyə Cey Karni jurnalistlərin “Ağ ev Rusiyanın təklifinə görə hərbi müdaxiləni gecikdirəkmi?” sualına cavab olaraq bildirib.