Şənbə, 28 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

“Burun soxmağa o qədər yer var ki……”

Royal Mustafa
25/08/2013 12:53
0
0
BAXIŞ
FacebookTwitterTelegram

teleqraf.com saytının “İsmin halları” rubrikasının qonağı olan  jurnalist  Gülnarə Rəfiqdir.

 

KİM?

 

– Kimlər həyatınızda mühüm rol oynadı? 

– Adam sarıdan bəxti gətirənlərdənəm. Elə vaxtlarda təhsil almışam ki, Konservatoriyadakı müəllimlərimiz bizə “siz” deyə müraciət edirdilər. Kütləvi tərbiyəsizliyin baş aldığı indiki zamanda bu, adama fantastik görünür. Mətbuata gələndə də tanınmış jurnalistlərlə işlədim. Ətrafında istedadlı adamlar çox olanda həyat maraqlı olur. Hətta vaxtilə müsahibə aldığım kəslərin də həyatımda rolu var. Söhbətlər, görüşlər, sərgilər, konsertlər, fikir mübadiləsi – bunlar izsiz ötüşmür.

 

– Kimləri sevmədiz? 

– Nalayiq adamların yanımda olmasına şərait yaratmıram. Əlaqə qaçılmazdırsa, onları həyatımdan tezliklə silib atıram. Mən sevmədiklərimə önəm verib bu qədər böyük yer ayıracaq qədər israfçı deyiləm. 

 

– Kimlərlə “kəşfiyyat”a getməkdən imtina etmisiz və ya edərdiz? 

– Energetik vampirləri, zarıyıb əhval pozmaqdan başqa heç nə bacarmayan bədbinləri, deyingənləri, bədniyabətləri kəşfiyyata buraxmazlar. Bu, təbii seçmə qanunudur, irəli güclülər getməlidir. Bir neçə il əvvəl bunu anlayandan sonra özüm də kəşfiyyatdan imtina elədim. Mağarama çəkilib yolu boşaltdım…

 

– Kim kimi daha çox sevdi – siz sevdiyinizi, sevdiyiniz sizi?

 – Heç olmasa bir dəfə sevgini dadanlar bilir ki, onun qədərini ölçmək, tərəzinin gözünə qoymaq mümkün deyil. Nakam uşaqlıq duyğularını bir kənara atsaq, bütün sevgilərim qarşılıqlı olub. Bu sarıdan gözü toxam.

 

– Kimdən sürpriz gözləyirsiniz?

– 20-ci əsr sənətdə bütün mümkün sürprizləri elədi. Artıq incəsənətdə hoqqabazlıq eləsən də orijinal deyilsən. Ədəbiyyatı, kinonu, musiqi yeniliklərini izləyənlərçün sürprizlər demək olar ki, olmur. 

Bütün dahi əsərlər yazılıb, fikirlər deyilib, hər şey qələmə, fırçaya alınıb və səsləndirilib. İndi insan içində eşələnib qorxularını, fobiyalarını, qəlbinin çirkabını sənətə gətirir. Bu isə hər kəsdə olduğundan sürpriz sayılmaz.

 

– Nəhayət, siz kimsiz? 

– Yolunu axtaran, narahat, bütün sualların cavabını birdən öyrənmək istəyən, yaranışın sirrindən tutmuş, uzaq qalaktikalara qədər hər şeyi, hətta ütünün, televizorun, kompüterin daxili quruluşunu da eyni dərəcədə bilmək istəyən, içərisini didən sualların cavabını qeybdən gözləyən və buna görə ən xırda işarədə, simvolda, müqəddəs kitablarda, daş kitabələrdə, lap yuxularda işarət axtaran birisi… Yəqin nə vaxtsa bu sualın cavabını özüm də dəqiq öyrənəcəm.

 

NƏ?

 

– Sizi nə dəyişər?

– Düşünürəm ki, artıq heç nə. Amma taleyin sürprizləri də ola bilər.

 

– Nəyə baxmaqdan zövq alırsız? 

– Özüm yetişdirdiyim bitkinin çiçək açmasına, şagirdlərimin uğurlarına, balalarımın sevincinə, Allahın yaratdığı bütün kamil formalara, heyrətamiz rənglərə…

 

– Sizcə, böyük adamların nəyi çatışmır?

– Böyükdürsə, hər şeyi çatışmalıdır, adamdırsa çatışmazlıqları mütləq olacaq. Böyük adamlardan lazım olduğundan artığını gözləməzlər. 

 

– Nədən daha çox qorxursunuz?

– Son illər qorxularıma qalib gəlmək üzərində çalışıram. İndi hansınısa dilimə gətirsəm, yenə də güclənib üstümə gələcəklər. Qorxuların yoxmuş kimi yaşayanda həyatında istəmədiyin heç nə baş vermir.

 

– Sevdiyiniz kitabların adları və onları birləşdirən xüsusiyyətlər nədir?

– Kitablar həyatımın dövrləriylə bağlıdır. Dövr keçən kimi kitablarıyla birlikdə qapadıb arxivə verməsəm, başımdakı “kompüter” donar. Hazırda bədii ədəbiyyatdan qopub ezoterik kitablar oxuyuram: Levoşov, Kastaneda, Uspenski, Qurciyev, Mildaşov, Uolş, Ledbiter, Bezant, Henkok, Deneken, Blavatskaya, Oşo və s.

 

– Nə sizlik deyil?

– Alveri, sövdələşməyi bacarmıram. İşdə bir qəpik marağım olanda ayıb iş görürmüş kimi davranıram. Heç vaxt qonorar söhbəti eləmirəm, çünki bacarmıram.

 

HARA?

 

– Bakıda, Azərbaycanda, dünyada haranı xoşlayırsınız? 

– İçərişəhəri ağardıb, bəzəyib yaman günə qoymamışdan əvvəl ora mənimçün dünyanın mərkəzi idi. Azərbaycanda gəzməli yerlər çoxdu, yaşıllıq harda varsa, orda mənə xoş olur. Komfort olmasa da olar. Dünyada isə İtaliyanın şəhərlərini gəzmək istəyirəm, Venesiya, Neapol, Roma, Florensiya…

 

– Harada yaşamağı arzulayardınız? 

– Mən dünyanın göbəyində doğulmuşam, yerimi dəyişsəm, ölərəm.

 

– Haranın “havası” sizə düşmür? 

– Hər ağızdan bir avaz gələndə cəmiyyətin kakafoniyasından yoruluram. Yoxdu da bizdə çoxsəslilik istedadı! Bizimki ya zəngulə vurmaqdır, ya da züy tutmaq.

 

– Xoşbəxtliyi harada tapdız? 

– Mən onu heç vaxt itirmədim ki, tapam… O, həmişə mənimlə olub.

 

“Haradan hara gəldiniz” sualına cavabınız necədir? 

– Musiqişünaslıqdan jurnalistikayadək gəldim. Arada rəssamlığa, tətbiqi sənətə baş vurdum. Hələ burun soxmağa o qədər yer var ki…

 

– Yolunuz hara? 

– Şərq mistikləri deyir ki, ruhlar Günəşə tərəf sürünür. Bütün yollar Allaha aparır. Hamı hara, mən də ora…

DAHA ÇOX OXU

Azərbaycanda Müstəqillik Günü qeyd olunur
1-MANŞET

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

28/05/2022
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
1-MANŞET

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

27/05/2022
6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu
Cəmiyyət

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

27/05/2022
Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı
Cəmiyyət

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

27/05/2022
Jurnalist Əfqan Sadıqov əfv olunub
Cəmiyyət

Jurnalist Əfqan Sadıqov əfv olunub

27/05/2022
Əli Kərimlinin sürücüsü əfv olundu
Cəmiyyət

Əli Kərimlinin sürücüsü əfv olundu

27/05/2022
SON XƏBƏR
Zahid Oruc İlham Əliyevə səs verib

Zahid Orucun namizədliyi üçün 12 mindən çox imza toplandı

Messi haqda şok iddia: futbolçu çürüyür?

Messi haqda şok iddia: futbolçu çürüyür?

Ramil Səfərovun doğum günüdür

Ramil Səfərovun doğum günüdür

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

2022/05/28 01:00

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

2022/05/27 21:40

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

2022/05/27 20:54

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

2022/05/27 20:30

Jurnalist Əfqan Sadıqov əfv olunub

Jurnalist Əfqan Sadıqov əfv olunub

2022/05/27 19:26

Əli Kərimlinin sürücüsü əfv olundu

Əli Kərimlinin sürücüsü əfv olundu

2022/05/27 19:23

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

2022/05/27 19:03

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

2022/05/27 18:56

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

2022/05/27 18:55

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

2022/05/27 18:48

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

2022/05/27 18:45

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

2022/05/27 18:35

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

2022/05/27 18:22

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

2022/05/27 17:19

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

2022/05/27 17:15

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

2022/05/27 17:15

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

2022/05/27 17:10

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

2022/05/27 17:03

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022/05/27 16:54

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

2022/05/27 16:40

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

2022/05/27 16:29

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

2022/05/27 16:18

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

2022/05/27 16:07

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

2022/05/27 15:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.