Qaradağın icra başçısı ona verilən təxəllüsü qəbul etmir
“Mən prezidentin təyin etdiyi icra başçısıyam. İşim göstərilən etimadı doğrultmaq və xalqa xidmət etməkdir. Mən bilmirəm ki, nəyə görə, mətbuatda adımı “Çakır” deyə yazırlar”. Bu sözləri Moderator.az-a açıqlamasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov adının mediada “Çakır” yazılmasına münasibət bildirərkən söyləyib: “Çakır” adını bir filmdə görüb, yazırlar. Mən “Çakır“ deyiləm. Mənim işim yalnız xalqa xidmət etməkdir. Başqa nə deyirlər, yazırlarsa özləri bilsinlər”.