“Azərbycan 1992-ci ildə ATƏT üzv olmaqla üzərinə öhdəliklər götürüb”.Publika.Az-ın məlumatına görə, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Targay Bakıda “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, bu ötən illər ərzində ATƏT üzərinə düşən öhdəlikləri yerinə yetirib: “Azərbaycanın zəngin strateji mövqedə yerləşir. Azərbaycan milləti bundan daha da yaxşılara malikdir. Azərbaycan öz potensialını demokratiya yolu ilə daha da zənginləşdirə bilər. Hesab edirəm ki, ölkədə qarşıdan gələn prezident seçkiləri də digərlərinin nə deməsindən asılı olmayaraq daha çox Azərbaycan xalqının etdiyi seçim olacaq. ATƏT-in Bakı Ofisi qarşıdan gələn prezident seçkilərinin demokratik qaydada keçirilməsi üçün müxtəlif marifləndirici tədbirlər keçirir”.
K.Targayın sözlərinə görə, bu tədbirlərin davamı olaraq gələn həftə Mingəçevir və Şirvanda seminarların keçirlməsini də planlaşdırıb: “Azərbaycandakı seçkilərə beynəlxalq maraq var. İndidən qeydiyyat prossesi izləyir. Ümumilikdə ATƏT qarşıdan gələn prezident seçkilərini 310 nümayəndə ilə müşahidə edəcək. Ümid edirəm ki, Azərbaycan prezident seçkilərindədə ən yaxşı nəticə əldə edə biləcək”.