Qazaxstanın Alma-Ata şəhərinin sakini Janar Baronbayeva şəhərin mərkəzi məscidin imamını cinsi istismarda ittiham edib.
ANN.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Baronbayeva açıqlama verərək bildirib ki, o, bir neçə il məscidin zirzəmisində yerləşən mədrəsədə təhsil alıb və din adamlarının şagirdlərlə necə rəftar etməsini öz gözləriylə görüb: “İmamlar bizə qadınların kölə olduğunu və hər şeydə kişilərə itaət etməli olduqlarını deyirdilər. Onların öz qanunları varıydı, bir kişinin bir neçə arvadı ola bilərdi. Əgər onlardan biri bezdirsə, kişi boşanmaq üçün bəhanə axtarırdı. Qadını sakitləşdirmək üçün başqa bir imam peyda olurdu və hekayə təzədən təkrarlanırdı”.
Qadının sözlərinə görə, dini məktəbin qız şagirdlərindən “pulsuz fahişə” kimi yararlanıblar.
Məsciddə isə bu iddiaları təkzib edirlər. Onlar deyirlər ki, Janar Babayeva ümumiyyətlə mədrəsənin şagirdləri siyahısında olmayıb: “o sadəcə gəlirdi, namaz öyrənirdi”.
Verilən məlumata görə, buna bənzər hadisəni 2 il öncə Ayşa adlı bir qadın da danışıb. O zaman söhbət başqa bir mədrəsənin imamlarından gedirdi.
Baranbayevanın şikayəti ilə bağlı hüquq mühafizə orqanlarının reaksiyası hələ ki, bəlli deyil.