Türkiyənin Çeşmə bölgəsində gözəllik yarışması keçiriləcək.
Axşam.az-ın məlumatına görə, “Miss Exclusive of the World 2013” müsabiqəsinə qatılan dünya gözəlləri arasında Azərbaycanı model Maya Cəfərova təmsil edəcək.
Qırx ölkənin qatıldığı yarışmanın finalı avqustun 31-də baş tutacaq.