Şənbə, 2 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Tanınmış vəkil Rüstəm İbrahimbəyovu biabır etdi

Royal Mustafa
07/08/2013 11:53
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

 

 

Prosedura görə, xaricdə yaşayan şəxsin Rusiya vətəndaşlığından çıxması daha asandır

“Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyova “stavka” edənlər və onun Azərbaycana gələcəyinə inananlar yanılır. Şəxsən məndə belə fikir formalaşıb ki, İbrahimbəyov nə Azərbaycana gəlmək, nə də prezident seçkisində iştirak etmək istəyir”.

Publika.Az xəbər verir ki, bu barədə tanınmış vəkili Adil İsmayılov Rüstəm İbrahimbəyovun Bakıya gəlməməsi və buna səbəb kimi ikilivətəndaşlıq problemini əsas gətirməsinə münasibət bildirərkən deyib. Vəkil hesab edir ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı səbəbdən çox bəhanədir. Onun sözlərinə görə, Rusiya vətəndaşlığı ilə bağlı İbrahimbəyovun dediklərini təhlil etmək belə nəticəyə gəlməyə əsas verir.

“Mən hüquqşünas kimi vətəndaşlıq məsələləri ilə əlaqədar Rusiya qanunvericiliyini araşdırdım və Rusiyadan olan tanış vəkillərlə danışdım. Vətəndaşlıqdan çıxmaq üçün şəxsin Rusiyada olmasına heç bir ehtiyac yoxdur. İbrahimbəyovun Rusiyada vergi və digər orqanlarla hər hansı problemi olsaydı, o, Rusiya ərazisində sərbəst hərəkət edə və oranı sərbəst tərk edə bilməzdi”.

Rəsmi Moskva da Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina müraciətinə reaksiya verdi.  “Rusiya Federasiyasının vətəndaşlığından çıxma proseduru müraciət edən şəxsin yaşayış yerindən asılıdır”. Bunu Rüstəm İbrahimbəyovun Rusiya Federasiyası vətəndaşlığından çıxmaq barədə müraciəti ilə bağlı APA-nın Moskva müxbirinə açıqlama verən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
 
D. Peskovun sözlərinə görə, vətəndaşlıqdan çıxmaq istəyən şəxs Rusiya Federasiyasında yaşayırsa, vətəndaşlıqdan çıxma proseduru yazılı ərizə əsasında ümumi qaydada həyata keçirilir: “Şəxsin ərizəsi, eləcə də tələb olunan sənədlər paketi Rusiya Federal Miqrasiya Xidmətində razılaşdırılır və vətəndaşlıq məsələləri üzrə Rusiya Federasiyasının Prezidenti yanında Komissiyaya təqdim edilir. Məsələ müsbət həll olunduqda bu barədə Rusiya prezidenti tərəfindən müvafiq fərman imzalanır. Ərizəyə 1 il ərzində baxılır”.
 
D. Peskov şəxs xarici dövlətin ərazisində yaşadığı halda, vətəndaşlıqdan çıxma prosedurunun sadələşdirilmiş qaydada aparıldığını söyləyib: “Yazılı ərizə tələb olunan sənədlərlə birlikdə Rusiya Federasiyasının xaricdəki diplomatik və ya konsulluq nümayəndəliklərinə təqdim olunur. Diplomatik və ya konsulluq nümayəndəliklərinə təqdim olunan ərizənin baxılma müddəti isə təxminən 6 ay təşkil edir. Vətəndaşlıqdan çıxma proseduru şəxsin Rusiya Federasiyası vətəndaşlığından çıxması haqqında arayışı diplomatik və ya konsullu nümayəndəliklərindən almasından sonra bitmiş hesab edilir.
 
Əgər vətəndaşın Rusiya Federasiyası qarşısında federal qanunla yerinə yetirilməmiş öhdəliyi varsa, Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanları tərəfindən hər hansı cinayət işində adı hallanırsa və ya məhkəmənin onun barəsində ittihamedici hökmü qüvvəyə minibsə, eləcə də vətəndaşın başqa vətəndaşlığı və onu almağa zəmanəti yoxdursa, bu halda vətəndaşlıqdan çıxmağa icazə verilmir”.


Qeyd edək ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməməsinin səbəbini belə açıqlamışdı: “Rusiya vətəndaşlığından məhrum edilməyim mənim özümün də bu prosesdə fəal iştirakımı tələb edir. Ona görə də Bakıya yalnız bu məsələ həll ediləndən sonra qayıdacağam. Hələliksə bu məsələ mənim Azərbaycandan kənarda olmağımı tələb edir. Dəfələrlə demişəm ki, bütün bu prosedur məsələlərin həlli mənim iştirakım olmadan mümkün deyil”.

publika.az

DAHA ÇOX OXU

Siyasət

Rifahın keşikçisi, sabitliyin dayağı – Azərbaycan polisi

02/07/2022
1-MANŞET

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

02/07/2022
1-MANŞET

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

02/07/2022
Siyasət

“Bakıda keçirilən Ümundünya Şəhər Forumu dünyada şəhərsalma mədəniyyətinə böyük töhfələr verəcək”.

02/07/2022
export

“Edam cəzası gündəmə gələ bilər” – Ərdoğan

01/07/2022
1-MANŞET

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır – RAZILAŞMA

01/07/2022
SON XƏBƏR

Milli Şuranın daha bir vahid namizədi - MÜRACİƏT

Dünyanın ən gözəl qadınlarının və varlı kişilərinin şəhəri -FOTOLAR

Ebru Polad: “Sevgilim Azərbaycanın nüfuzlu ailələrindən birinin oğludur”- FOTOLAR

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

Fatimədən ombasını böyüdən məşhurlara: “Mənim heç yerim sallanmır” – VİDEO

2022/07/02 21:37

Rifahın keşikçisi, sabitliyin dayağı – Azərbaycan polisi

2022/07/02 21:30

Sel sularında həlak olan gənc qızla bağlı YENİ XƏBƏR – Paltarını dəyişmək üçün evə qayıdarkən …

2022/07/02 19:40

Məşhur aktyorun çəkildiyi serialın ilk görüntüləri YAYILDI – FOTOLAR

2022/07/02 19:29

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

2022/07/02 19:18

22 yaşlı gənc söyüş söyən şəxsi küçənin ortasında silahla öldürdü – ANBAAN VİDEO

2022/07/02 19:07

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

2022/07/02 18:56

Tanınmış yoqa müəllimi sevgilisi tərəfindən öldürüldü – 30 bıçaq zərbəsi vurub (FOTOLAR)

2022/07/02 18:45

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/02 18:22

“Bakıda keçirilən Ümundünya Şəhər Forumu dünyada şəhərsalma mədəniyyətinə böyük töhfələr verəcək”.

2022/07/02 18:10

Fırtına gəmini ikiyə böldü: 50-dən çox adam itkin düşüb – QORXUNC GÖRÜNTÜLƏR

2022/07/02 18:06

4 milyardlıq fırıldağa imza atan “Kripto kraliçası” axtarılır – Yerini deyənə 100 min dollar veriləcək

2022/07/02 17:50

“Çeburaşka”nın yaradıcısı vəfat edib

2022/07/02 17:32

Yoldan keçən gənc qadını başından silahla vurdular – ANBAAN VİDEO

2022/07/02 17:30

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Köpəkbalığı 68 yaşlı qadını parça-parça etdi – VİDEO

2022/07/02 17:21

Cənublu müğənni ilə Rəqsanə arasında qalmaqal: “Alver etmirik ki…” – VİDEO

2022/07/02 17:05

Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş… – FOTO

2022/07/02 16:47

Qurban Qurbanovdan gənclərə dərs: Heç bir zərbəsi boşa getmədi – VİDEO

2022/07/02 16:31

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

2022/07/02 16:21

Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub

2022/07/02 16:14

Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə – Foto

2022/07/02 16:01

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq

2022/07/02 15:48

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

2022/07/02 15:35

Dəhşətli qəzada ölən sürücü məşqçi imiş- FOTO

2022/07/02 15:21

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.