Fransanın bir parçası olan Nitsa dünyanın ən gözəl kurort şəhərlərindəndir Ancaq əlbəttə ki, bura səs-küylü Tayland deyil, sakit şəhər kimi tanınan Nitsanı ildə milyonlarla turist ziyarət edir. Gözəl şəhərin çimərliklərində daha kimlər istirahət etmir ki? – Bekhem ailəsi, Conni Depp, Maykl Duqlas və daha kimlər… Mavi sahil, al-əlvan çiçəklər, iri palmalar, gözəl simalar Nitsanın cənnət məkanı kimi tanınmasına əsas verir…
Nitsanı avqustda ziyarət etsəniz, bu ayda keçirilən məşhur “Güllərin döyüşü” karnavalında da iştirak etmiş olacaqsınız…
Gözəl şəhərin əsasını b. e. ə. 350-ci ildə yunanlar qoyub və qələbə İlahəsi Nikinin şərəfinə Nikeya adlandırıblar.
Fransa kralları və Müqəddəs Roma İmperiyasının imperatorları Nitsanı nə qədər ələ keçirməyə səy göstərsələr də, şəhər əsrlər boyu işğala qarşı layiqli müqavimət göstərib. XIII və XIV əsrlərdə Nitsanı Provans hökmdarları bir neçə dəfə istila edirlər. 1388-ci ildə şəhər Savoy qraflığının tərkibinə daxil olur. 1860-cı ildə isə Nitsa Turin müqaviləsinə əsasən Fransanın tərkibinə qatılır.
Zaman keçdikcə Nitsa populyar kurort zonasına çevrilməyə başlayırdı – Mülayim iqlim və soyuq keçməyən qış ayları bunu təmin edirdi…
Bu gün Nitsa nə qədər müasirləşsə də, o özündə orta əsrlərin şəhər ruhunu qoruyub saxlaya bilib. Bir- birinə yaxın ev damları, dar küçələr, kiçik restoran və kafelər insanı keçmişə qaytarır…
XVII-XVIII əsrlərə aid kilsə və saraylar italyan barokkosu stilindədir. Şəhərin dəniz kənarındakı hissəsində XIX – XX əsrlərə aid iri eklektik binaları görmək olar. Nitsanın əsas diqqətəlayiq məkanlarından biri və onun simvolu İngilis sahilidir (“Promenade des Anglais”) – buxtaya açılan geniş bulvar… Sahil 1882-ci ildə ingilis icmasının hesabına tikilib. Sahildəki ən tanınmış bina – Neqresko otelidir. O 1912-ci ildə tikilib və özündə möhtəşəm neoklassisizm nümunəsi əsk etdirir. Bir çox məşhurlar buranın qonağı olub.
1927-ci ilin sentyabrında İngilis sahilində məşhur rəqqasə, Serqey Yeseninin həyat yoldaşı Aysedora Dunkan həlak olur. Onu avtomobilinin çarxına dolaşmış uzun şarfı boğur.
Massena meydanı – Nitsanın mərkəz meydanı napoleon marşalı Andre Massenin şərəfinə adlandırılıb. Bir vaxtlar buradan meydanı iki hissəyə ayıran Pailon çayı axırdı.
1979-cu ildə Massen meydanını genişləndirmək məqsədilə kazinonu sökürlər, çayı tamam bağlayırlar. Hal-hazırda meydanın əsas bəzəyi böyük fontandır.
Rəssamlar gözəl Nitsada
Anri Matis
İlk dəfə Matis Nitsaya 1917-ci ildə gəlir və elə həmin an şəhərə aşiq olur. Matis deyirdi: “Mən anlayanda ki, hər səhər bu şəhərin işığında oyana bilərəm, xoşbəxtlikdən ölməyə hazır idim. Parisdən kənarda, ancaq Nitsada hər şey barədə unuduram, sakit yaşayıram və azad nəfəs alıram…”
Matis 40 il ərzində bu şəhərə səfərlər edib. Bura onun üçün cənnət idi və saysız-hesabsız əsərlərini rəssam məhz Nitsada yaradıb. Matis elə ən çox sevdiyi şəhərdə vəfat edir.
Matis muzeyinin Nitsada yerləşməsi də məntiqlidir. Muzeydə rəssamın müxtəlif texnika və janrlarda rəsmlərinin yerləşdiyi 18 zal var.
Raul Dyufi Fransız Rivyerasına 1920-ci ildə köçüb. Nitsada rəssam yağlı boya, akvarel, tutqun sulu boya ilə yüzlərlə rəsm əsəri yaradıb.
Nitsanın ürəyi – Qədim şəhər
Özünə hörmət edən hər bir zəngin tarixli Avropa ölkəsində Qədim şəhər var və özünə hörmət edən hər bir turist də buranı ziyarət etməlidir. Qədim şəhər Nitsanın ürəyi və tarixidir. Çoxlu sayda heykəllər, tarixi məkanlar, bazar meydanları buranın fəxridir.
Qədim Nitsa italyan əsilli şəhərdir. Nitsa başqalarına bənzəmir, ümumiyyətlə, buranın stili Fransanı xatırlatmır. Öncə qeyd etdiyimiz kimi, əksər binalar sevimli italyan stili Barokko stilindədir.
Nitsada istirahət etmək istəyən hər kəs nəzərə almalıdır ki, Qədim şəhərdə sakit gecə olmayacaq, ələlxüsus, turist mövsümündə.
Əgər siz axşam hara çıxacağınızı bilmirsinizsə, nəzərə alın ki, burada çoxlu sayda bar, pivəxana, restoran və klublar fəaliyyət göstərir.
Ancaq Qədim şəhər ilk növbədə tarixi yerdir, gecə həyatının mərkəzi deyil. Gəlin bazar meydanı olan“Cours Saleya”- dan (kur Saleya) başlayaq. Bu məşhur Gül bazarıdır.
Gül bazarını günün birinci yarısı ziyarət etmək vacibdir. Ada fikir verməyin, çünki bura yalnız güllərlə məhdudlaşmır – təzə meyvə-tərəvəzlər, ev vetçinası, müxtəlif fransız pendirləri, ədviyyatlar və daha nə gəldi ala bilərsiniz… Bəzi günlər isə antik bəzək əşyaları – gümüş qaşıqlar, ətir qabları, rəsmlər, hətta geyim belə!
Axşamlar “Cours Saleya” restoran xiyabanına çevrilir. Əlbəttə ki, küçənin hər iki tərəfində yerləşən və italyan mətbəxinin təkrarolunmaz yeməklərini, dəniz məhsulları və nisuaz delikatesləri təklif edən restoranlar nahar vaxtı açıq olur. Ancaq axşamlar Qədim şəhər dadlı yeməklər yemək istəyən turistlərlə dolu olur.
Əgər Qədim şəhərə Massen meydanından düşürüsünüzsə, siz möhtəşəm Nitsa operasının binasını görəcəksiniz. Bəzi tamaşalara bileti tələbələr 5 avroya əldə edirlər. Opera aşiqisinizsə, bura gözəldir, mütləq baş çəkməlisiniz!
Xiyabanın sol tərəfində siz Savoy hersoqluğunun sarayı yerləşdiyi “Pyer Qotye” (“Place Gautier”)meydanını görəcəksiniz. İndi həmin yer “Palais de Préfecture des Alpes-Maritime” – Prefektura sarayıdır.
Prefektura sarayının düz yanında 1740-cı ildə memar Bernardo Vittone tərəfindən inşa edilmiş “Mərhəmət kilsəsi” (“Chapelle de Miséricorde”) yerləşir. Mərhəmət kilsəsi barokko stilində inşa olunmuş ən gözəl memarlıq nümunələrindəndir.
“Place Rosetti”-də isə siz italyan dondurması ala bilərsiniz! Burada həmçinin, pivə dadlı dondurma və pizza var…
Ancaq əgər siz şirniyyatı sevmirsinizsə, o zaman sadəcə meydandakı restoranda əyləşin və qədim evlərə baxa-baxa, dadlı yeməkdən dada-dada həyatdan həzz alın… Yeri gəlmişkən, siz əsl nisuaz yeməyi olan Sokka (Socca) , Ratatuy (Ratatuy) və digərlərdən dadmaq istəyirsinizsə, Qədim şəhəri ziyarət etməyiniz kifayətdir. Çünki əksər Nitsa restoranlarının menyularında siz yalnız italyan yeməklərini görəcəksiniz. Qarşınıza mütləq Korsika mətbəxi də çıxacaq. Siz yeni dadlar kəşf etməyə hazır olan qurmansınızsa, cənub fransız yeməklərindən də dadın… Daha belə şans harada əlinizə düşəcək ki?…
Çox saylı kilsə və restoranlarla yanaşı, Qədim şəhər – əsl şopinq mərkəzidir.
Bu dar küçələrdəki kiçik dükanlarda geyim, ayaqqabı, kosmetika və s. satılır. – Daha dəqiq desək, müxtəlif çeşidli parfüm, ev sabunları, bəzək əşyaları, əl işi olan və təmiz dəridən hazırlanmış aksessuarlar, pendir, şirniyyat, ədviyyat və ətirli otlar…
publika.az