Britaniyada Birminqhem polisi partlayan məscid döyməsi olan şəxsi yaxalayıb. 

Saut Şilds sakini 39 yaşlı şəxsin döyməsində partlayan məscid və üzərində Bum yazılıb. 

Polis onu dini zəmində nifrət yaydığı üçün həbs edib. Xatırladaq ki, İngiltərədə Liqa təşkilatının üzvləri yeni məscidlərin tikilməsinə qarşı çıxaraq müxtəlif aksiyalar keçirirlər. Onlar İslam mədəniyyəti və şəriətin yayılmasına qarşı çıxırlar. Təşkilatın əsas düşmən olduğu təşkilatlar müsəlmanlar, solçu aktivistlər və antifaşistlərdir.