“Qalatasaray”ın holland ulduzu Uesli Sneyderin xanımı Yolans Kabaunun Hollandiyada yayımlanan jurnala müsahibəsi qalmaqal yaradıb.
Türkiyənin seksi gəlini müsahibəsində evlənmədən əvvəl bir qadınla bərabər olduğunu etiraf edib:
“Evlənmədən öncə bir qadınla birlikdə olmuşam. Bundan utanmıram. Dəyişikliklərə açıq insanam. Sneyder mənə bəzi yeniliklər təklif edərsə, qapıları bağlamaram. Üçlü münasibət də yaşaya bilərəm”.
Bu açıqlamadan sonra futbolçunun həyat yoldaşına qəzəbləndiyi deyilir. Yolans isə jurnala etiraz edərək həmin ifadələri işlətmədiyini bildirib:
“Ərimi paylaşmaq istəyirəm, amma 3-lü münasibətə hazır olduğumu deməmişəm. Əksinə bu fikir məni dəli edər. Sneyderlə çox xoşbəxtəm. Yataq otağımızda üçüncü bir adama ehtiyac yoxdur”.
qafqazinfo.az