Beyrutda arvadı ilə mübahisəsini videoya çəkən şəxs onun intiharını da çəkib. Livandakı dəhşətli intihar videosu sosial şəbəkələrə yayılıb. Beyrutun prestijli rayonlarından birinin sakini Fayruz, arvadı Amna İsmaelin eyvandan atılmasını videoya çəkib. Videodan görünür ki, gənc qadın eyvanın kənarında oturub. Kişi isə hər şeyi videoya çəkərək onu eyvandan endirməyə və fikrindən daşındırmağa çalışır.
“Amna sənə nə olub? Mənə nəsə demək istəyirsən… Xahiş edirəm, sevgilim, anan buna layiq deyil. Gəl deyək ki, mənimlə xoşbəxt deyilsən. Məni unut, ananı düşün”.
Amna bir müddət ərinə baxdıqdan sonra nəsə deyir və hündür mərtəbədən özünü aşağı atır. Fayruz özünü çölə atır. Polis hadisə yerinə gedərək əri yaxalayıb. Hələ ki Fayruza qarşı cinayət məsuliyyətinin olub olmayacağı bilinmir.