Erməni toyunda Azərbaycan havası çalınıb. ANS PRESS-in məlumatına görə, toyda “Uzundərə” havası səslənir. Musiqi sədaları altında əvvəlcə gəlin rəfiqələri ilə oynayır. Sonra isə ona bəy də qoşulur.
Qeyd edək ki, “Uzundərə” – qədim Azərbaycan rəqslərindən biridir. Bəstəkar Üzeyir Hacıbəyov bu musiqidən “O olmasın, Bu olsun” operettasında istifadə etmişdir.
http://www.youtube.com/watch?v=g7g6L5EPLqM