Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı uşağı zorlamaqda ittiham olunan 16 yaşlı Y.M-nın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs 2012-ci il avqustun 8-də Binəqədi rayonundakı internet klubda 8 yaşlı bir oğlanı zorlayaraq onu kameranın yaddaşına qeyd edib.
8 yaşlı uşağın anası xəbəri eşidərək internet kluba gəlib. Eşitdiklərinə inanmayan ana internet klubda oğlunun vəziyyətini görəndən sonra şoka düşüb və psixi travma keçirib. Sonra uşağın valideynləri Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər.
Şikayətdən iki ay sonra Y.M. həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qapalı keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib. Y.M. ifadəsində zərərçəkənlə bağlı şok faktlar açıqlayıb. Qeyd edib ki, zorladığı 8 yaşlı uşaq özü homoseksuallığa meyilli olub. O, qeyd edib ki, azyaşlı ilə könüllü şəkildə cinsi əlaqədə olub. Məhkəmənin hökmü ilə Y.M. 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, qeyri-rəsmi məlumatlara görə, Y.M. rayon ərazisində 10-dan çox oğlan uşağı ilə cinsi əlaqədə olub. Həmin azyaşlı oğlan uşaqlarının valideynləri polisə şikayət etmədiyi üçün faktlar üzrə cinayət işinin başlanması mümkün olmayıb.
teleqraf.com