Milli Şuranın digər üzvü Məcid Məcidli və N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Kənan Qasımlıya da 15 sutka həbs cəzası verilib.
***
14:07
Bu gün Səbayel rayon Məhkəməsində Azad Gənclik Təşkilatının İdarə Heyətinin və Milli Şuranın üzvü Ülvi Həsənlinin məhkəmə prosesi keçirilib.
AzNews.az-ın məlumatına görə, Ü.Həsənliyə 15 sutka həbs cəzası verilib.
Ü.Həsənli İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (polisə müqavimət) təqsirli bilinib.
Xatırladaq ki, Ü.Həsənli dünən metro polisi tərəfindən saxlanılmışdı.
Hazırda Ü.Həsənliylə birgə saxlanılan Milli Şura üzvü Məcid Məcidli və N!DA Vətəndaş Hərəkatının üzvü Kənan Qasımlının məhkəmə prosesi gedir.