Müsavat başqanı bildirir ki, vahid namizəd qeydə alınmayacağı təqdirdə demokratik düşərgə seçkilərdən kənarda qala bilər.

Bir qrup Müxalifətin yaratdığı Milli Şura vahid namizəd kimi kinodramaturq Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsindən sonra quruma daxil olan Müsavat partiyası da seçkilərə öz namizədini irəli sürüb. Partiya bu qərarını Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması ehtimalına qarşı ehtiyat tədbiri kimi qiymətləndirib. Lakin Müsavatın bu qərarı Milli Şuraya daxil olan digər siyasi qüvvələrin narazılığı ilə qarşılanıb. 

Müsavat başqanı, İsa Qəmbər bildirir ki, vahid namizəd qeydə alınmayacağı təqdirdə demokratik düşərgə seçkilərdən kənarda qala bilər. “Vahid namizədin qeydə alınmaması ehtimalı var. Vahid namizədin qeydə alınmayacağı təqdirdə demokratik düşərgə seçkilərdən kənarda qala bilər”. 

Milli Şurada təmsil olunan Müsavat partiyası prezident seçkilərində kənarda qalmaq təhlükəsi narahat edir. Məclisin bu gün keçirdiyi toplantısında partiyanın 4 yanvar, 2013-cü il tarixli qərarı, yəni İsa Qəmbərin namizədliyinin irəli sürülməsi təklifi qüvvədə saxlanılıb. Şurada təmsil olunan partiyanın bu qərarı qəbul etməsi, vahid namizəd üçün səy göstərən digər partiyalarda narazılığa səbəb olub. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası açıqlamasında bildirib ki, prezident seçkilərində Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur və ondan başqa kiminsə namizədliyinin qeydə alınması əhəmiyyətsizdir. Eyni mövqedən Liberal partiyası da çıxış edir. Partiyanın sədri Əvəz Temirxan ANS-ə açıqlamasında dedi ki, Rüstəm İbrahimbəyov seçkilərə mütləq şəkildə qatılacaq və əlavə addımlara lüzum olmayacaq.

Müsavat partiyasında da Milli Şuraya daxil olan və ya olmayan digər qüvvələrin onların bu qərarından narazı qalacağlarını istisna etmirlər. 

Müsavat partiyasının icra aparatının rəhbəri, Arif Hacılı hesab edir ki, namizəd olacağı təqdirdə bütün Azərbaycan İsa Qəmbəri dəstəkləyəcək. “Müsavat partiyasının və onun namizədinin bütün Milli Şura və müxalifət tərəfindən dəstəklənməsi iddiası yoxdur. Biz belə bir iddia irəli sürməmişik və hesab edirik ki, İsa Qəmbərin namizədliyi olacaqsa Azərbaycan xalqı onu dəstəkləyəcək”. 

Xatırladaq ki, Müsavat partiyasının da daxil olmaqla bir sıra Müxalifət partiyası Milli Şura yaradaraq seçkilərdə vahid namizədlə iştirak etmək barədə qərar veriblər. Və şura vahid namizəd kimi hazırda Rusiya Federasiyasında yaşayan Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürülüb.