O, kimin deputat seşilməsi üçün prezidentdən xahiş edib?
Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun illər öncə prezident İlham Əliyevdən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə görə xahiş etdiyi məlum olub. Xahişin məzmunu bundan ibarət olub ki, AYB sədrinin deputat seçilməsi üçün hakimiyyət ona dəstək versin.
Bu barədə AzNews.az-a məlumatı yazıçı Şərif Ağayar verib. O, 2005-ci ildə Azərbaycanın bir qrup ziyalısının prezident İlham Əliyevə Anar Rzayevin deputat seçilməsi üçün müraciət ünvanladığını və həmin müraciətə imza atan şəxslərdən birinin də R.İbrahimbəyov olduğunu iddia edib.
“Rüstəm İbrahimbəyov həmin adamdır ki, Anar deputat olsun deyə prezidentdən xahiş ərizəsinə imza atıb. Təsəvvür edirsiz? “Xahiş edirik Anar deputat olsun…” – deyə yazıçı qeyd edib.
Xatırladaq ki, Ş.Ağayar ötən aya qədər AYB-nin üzvü idi. Lakin qurumun üzvü Fikrət Qoca ilə bağlı səsləndirdiyi fikirlərə görə AYB-dən qovuldu. Bunun ardınca isə Ş.Ağayar AYB sədri Anar Rzayevlə bağlı sərt açıqlamaları ilə gündəmə gəldi.